Bakıdan Moskvaya uçuşlar bərpa olundu
Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.