Bakıdan Qəbələ və Ağstafaya əlavə reyslər təyin edilib
Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, biletləri ADY-nin saytında, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.