Balıkesirdə 6,1 bal gücündə zəlzələ və ardıcıl təkanlar
Balıkesirin Sındırgı rayonunda 6,1 bal gücündə güclü zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas təkanın ardından bölgədə ard-arda afterşoklar davam edir. Son olaraq 19:36-da 3,5 bal gücündə yeni yeraltı təkan qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə olub.
Güclü sarsıntı şəhərin müxtəlif hissələrində hiss edilib və sakinlər küçələrə çıxaraq böyük təşviş yaşayıb. Hazırda bölgədə axtarış-xilasetmə və zərər qiymətləndirmə işləri aparılır. Rəsmi qurumlar əhaliyə ehtiyatlı olmağı, binalara tələsmədən girməməyi tövsiyə edib.
CNN
Mələk Hüseynova