00:00:00
Yazar
Admin User
06.09.2025 09:02 97 1 dəq oxuma
Dünya

Baş nazir: Gürcüstan 4 oktyabr seçkilərinə beynəlxalq müşahidə missiyasını dəvət edib

Baş nazir: Gürcüstan 4 oktyabr seçkilərinə beynəlxalq müşahidə missiyasını dəvət edib

Gürcüstan 4 oktyabr seçkilərinə müşahidə missiyasını dəvət edib.

 

"İnformator.az" "Report" a istinadən xəbər veriri ki, hökumət 4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə ATƏT/DTİHB (ODIHR) müşahidə missiyasını dəvət edib.

 

Baş nazir İrakli Kobaxidze brifinqdə bildirib ki, hökumət artıq təşkilata rəsmi məktub göndərib: "Bütün təzyiq və hücumlara baxmayaraq, ümid edirik ki, ATƏT/DTİHB missiyası seçkilərin müşahidəsindən imtina etməyəcək. Gürcüstan hökuməti ənənəvi olaraq onların tam fəaliyyətinə şərait yaratmağa hazırdır". Kobaxidze həmçinin qeyd edib ki, müxalifətin bir hissəsi - "Vahid Milli Hərəkat" və "Akhali" partiyaları seçkiləri boykot edib, "Lelo" və "Gürcüstan üçün" isə 64 dairədən 37-də namizəd irəli sürə bilib. Baş nazirin sözlərinə görə, təşkilata qarşı yönələn beynəlxalq və daxili təzyiqlərə baxmayaraq, hökumət missiyanın ölkəyə dəvət olunması barədə qərar qəbul edib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər