Baş nazir Gürcüstana başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.