Baş nazir Karni deyir ki, onlar heç vaxt ABŞ-nin bir hissəsi olmayacaqlar
Kanadanın yeni baş naziri Mark Karni deyib: “Biz heç vaxt Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmayacağıq”.
Karni, Trampla görüşmək üçün ABŞ-yə gedib-getməyəcəyi ilə bağlı suala, "ABŞ-yə getməyi planlaşdırmıram. Münasib vaxtda prezident Trampla danışmağı səbirsizliklə gözləyirəm",-deyib.
Karni xaricə ilk səfərində Fransa və İngiltərəyə gedəcəyini qeyd edib.
Mənbə: CNN Türk
Nərmin Həşimova