Başçı köməkçisi Yılmaz: Pensiyaları balanslaşdıracağıq
Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz, "SSK, Bağkur və məmur təqaüdlərini balanslaşdıracağıq. Bunun üçün hüquqi tənzimləməyə ehtiyac var. Ən aşağı pensiya olan 7 min 500 lirə üçün nə edə biləcəyimiz üzərində işləyirik. Önümüzdəki günlərdə Nazirlər Kabinetində müzakirə olunacaq.Təqaüdçülərə dəstəyimizi davam etdirəcəyik" dedi.
Başçı Köməkçisi Cevdet Yılmaz pensiyalarla bağlı sualları cavablandırdı.
İcarəyə 25 faiz məhdudiyyət
Kirayə artımlarına qoyulan 25 faizlik limitlə bağlı sualları cavablandıran Yılmaz, "Bunun ləğvi ilə bağlı heç bir qərar verilməyib. 2024 inflyasiya ilidir, həll yolu inflyasiyanı azaltmaqdır" deyib.
“Hədəf inflyasiyanı azaltmaqdır”
Cevdet Yılmaz hədəfin inflyasiyanı azaltmaq olduğunu ifadə edərək dedi:
"Məqsədimiz makrosabitliyi təmin etmək və artımı sürətləndirməkdir. Etibar mühiti vacibdir. Struktur addımlar bizim artım perspektivimizi gücləndirir. Biz ilin ortasında inflyasiyanın əhəmiyyətli dərəcədə azalacağını gözləyirik. İnflyasiya ilə çoxşaxəli və koordinasiyalı mübarizə davam edəcək. TCMB öz alətlərindən istifadə etməyə davam edəcək. Türkiyədə nizam-intizamlı yanaşma daha çox kapital cəlb edə bilər”.
Mənbə:TRT XƏBƏR (TRT HABER)
Tərcümə edən:Lalə Qafarova
