BAYDEN TƏRƏFDAŞLARINA MÜRACİƏT ETDİ
ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra ukraynalı pilotlara dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün təlim keçmək barədə tərəfdaşlarına müraciət edib. Söhbət F-16 qırıcılarından gedir. Bu dördüncü nəsil silah dəqiq idarə olunan raketləri, bombaları daşıya bilən ABŞ-nin çoxməqsədli yüngül qırıcısıdır. F-16 qırıcıları uzun illərdir ABŞ Ordusu və NATO ölkələrinin istifadəsindədir. Lakin Ukraynanın döyüş təyyarələrini nə vaxt və haradan alacağı ilə bağlı məsələ həllini tapmayıb. Vaşinqton uzun müddətdir ki, transferi təsdiqləməkdə tərəddüd edir. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə təyyarələrin nə zaman veriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. “Co Bayden təlim prosesinə icazə verdi. Dördüncü nəsil döyüş təyyarələri üçün ukraynalı pilotların hazırlanması prosesinə Danimarka və Hollandiya rəhbərlik edir”.
Təlimdə iştirak edəcək pilotların ilk qrupu artıq müəyyənləşib. Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilotlara qırıcıların texnologiyasını mənimsəmək üçün 6 aya qədər vaxt lazımdır. NATO-nun 11 ölkəsindən ibarət koalisiya təlim proqramını dəstəkləyir. İlk mərhələdə 8 hərbi qulluqçu göndəriləcək. Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın sözlərinə görə, təlimlərin Danimarka və Niderlandda keçirilməsi gözlənilsə də, proqramın tarixi üzərində iş gedir. “Ukraynalı pilotların təlimi yayın sonunda başlayacaq və təxminən altı ay davam edəcək. Pilotlara F-16-nı idarə etməyi öyrətmək üçün altı aya qədər vaxt lazımdır. Onlar həm də silahlardan istifadə etməyi öyrənəcəklər. Belə ki, həmin pilotlar artıq ABŞ-a qiymətləndirmə kursuna göndərilib. Yeni qırıcılara nə qədər uyğunlaşa bilirlər bu qiymətləndirilib”.
Kiyev uzun müddətdir ki, Qərbdən yeni qırıcılar tələb edir. F-16-ların hələ may ayında Ukraynaya ixracı ilə bağlı məlumatlar var idi. Ukraynanın hava donanması 1970-ci illərdə hazırlanmış sovet reaktiv təyyarələrindən ibarətdir. Nəzərə alsaq ki, Rusiya yüksək hündürlükdə uça bilən və düşmən təyyarələrini uzaqdan aşkarlayan daha müasir aviasiya malikdir, Ukrayna bu sahədə rəqibinə uduzur. Məsələnin başqa tərəfi Rəsmi Kiyev üçün döyüşlərin yerdə deyil, hava aparılmasının daha sərfəli və təhlükəszi olmasıdır. Belə ki, Rusiya işğal olunmuş Ukrayna torpaqlarının böyük hissəsində minalar yerləşdirib. Bu da Ukrayna əsgərlərinin həmin əraziləri geri almaq cəhdlərini təhlükəli, eləcə də bahalı əməliyyata çevirib.
AYSEL
