00:00:00
Yazar
Admin User
29.03.2024 18:33 354 1 dəq oxuma
Dünya

Baydenin çıxışı dəfələrlə kəsilib: Siz Fələstində soyqırım edirsiniz

Baydenin çıxışı dəfələrlə kəsilib: Siz Fələstində soyqırım edirsiniz

ABŞ prezidenti Co Baydenin Nyu Yorkda 2024-cü il prezident seçkiləri çərçivəsində keçirilən ianə aksiyasında çıxışı etirazçılar tərəfindən dəfələrlə kəsilib.

 

Demokrat Partiyasının Manhettendə məşhur "Radio City Music Hall" tamaşa mərkəzində təşkil etdiyi, təxminən 5 min insanın iştirakı və 25 milyon dollardan çox ianə ilə keçirilən gecədə ABŞ prezidenti Co Baydenin çıxışı bir çox etirazçı tərəfindən dəfələrlə kəsilib.

 

Sosial mediada paylaşılan bəzi telefon görüntülərində bir qadın “Özündən utanmalısan, Bayden, Fələstində soyqırım edirsən, əllərin qandır” deyib. 

 

Zəhra Həsənova

Mənbə: TRT Haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər