Baydenin yenidən namizədliyi məsuliyyətsizlikdir
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris sabiq başçısı Co Baydeni ən sərt şəkildə tənqid edib.
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris yeni xatirə kitabında Co Baydenin ikinci dəfə prezidentliyə namizəd olmasını “məsuliyyətsizlik” adlandırıb. O bildirib ki, Baydenin qərarı yalnız şəxsi ambisiyalara əsaslanıb və bu, ölkə üçün riskli olub. Harris yazır ki, vitse-prezident olduğu dövrdə Baydenə bu barədə məsləhət vermək “öz maraqlarını güdmək” kimi görünə bilərdi. O, həmçinin Ağ Evin öz fəaliyyətini lazımi şəkildə müdafiə etmədiyini, xüsusilə də miqrasiya siyasətində gördüyü işlərin təhrif olunaraq “sərhəd çarı” kimi təqdim edildiyini qeyd edib. Harris Baydeni “təcrübəli və ağıllı siyasətçi” adlandırsa da, 81 yaşında onun yorğunluq və səhvlərlə diqqət çəkdiyini vurğulayıb. O, həmçinin Baydenin çıxışlarında çox vaxt öz rolunun kölgədə qaldığını yazıb.
BBC
Reyhan Quliyeva