00:00:00
Yazar
Admin User
22.07.2025 16:12 76 1 dəq oxuma
Dünya

“Baza”nın beş əməkdaşından ikisi ittiham irəli sürülmədən sərbəst buraxılıb

“Baza”nın beş əməkdaşından ikisi ittiham irəli sürülmədən sərbəst buraxılıb

“Baza” "Telegram" kanalının saxlanılan beş əməkdaşından ikisini İstintaq Komitəsinin əməkdaşları sərbəst buraxıb, onlara qarşı ittiham irəli sürülməyib.

 

“İnformator.az" xəbər verir ki, bu barədə RBK-ya vəkil Aleksey Mixalçuk məlumat verib.

 

Baş redaktor Qleb Trifonov və daha iki əməkdaş hələ də saxlanılır. Bu məlumatı “Baza”nın həmtəsisçisi və baş direktoru Anatoli Süleymanov da təsdiqləyib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında güc strukturlarının əməkdaşları “Baza”nın ofisində axtarış aparmağa gəliblər. Bundan əvvəl onlar baş redaktorun yanında olublar və onu dindirməyə aparıblar. Daha sonra A.Süleymanov RBK-ya bildirib ki, Trifonov da daxil olmaqla “Baza” redaksiyasının ən azı beş əməkdaşı dindirmədədir.

 

İstintaq Komitəsinin yaydığı məlumata görə, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində müstəntiqlər "məhdud girişli məlumatların qanunsuz ötürülməsi və “Telegram”da dərc olunması faktlarını" aşkar ediblər. Daxili İşlər Orqanlarının ərazi bölmələrinin bir neçə əməkdaşı saxlanılıb. Bundan əlavə, Moskvada polis əməkdaşları barəsində vəzifə səlahiyyətlərini aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsi) maddəsi ilə iş açılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər