00:00:00
Yazar
Admin User
01.08.2023 17:26 475 1 dəq oxuma
Dünya

Belarus PUA istehsalına başlayır - YENİ İDDİA

Belarus PUA istehsalına başlayır - YENİ İDDİA

Belarusda İranın “Shahed” pilotsuz uçuş aparatlarının istehsalına başlanıla bilər.

 

İnformator.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin iyulun 31-də İrana səfər edib və müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb. Məsələdə maraqlı məqam ondan ibarətdir ki, İran bir müddətdir Rusiyaya silah tədarükünə görə qərbin hədəf taxtasındadır. Bəs indi Belarus Və İranı nə gözləyir?


Belarus və İran yeni hərbi əməkdaşlığa başlayır. İranın briqada generalı Məhəmməd Rza Aştiani ilə Tehranda səfərdə olan belaruslu həmkarı Viktor Gennadieviç Xrenin arasında keçirilən görüşdə tərəflər əməkdaşlıq haqqında memorandum, həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar. ABŞ kəşfiyyatı isə bu hərbi əmıkdşlığın daha böyük planlara hədəfləndiyini irəli sürür. Belə ki, həmçinin Belarusda “Shahed” istehsalına dair razılaşma da əldə oluna bilər. Maraqlısı budur ki, İran bu əməkdaşlıq üçün niyə məhz Minski seçir? Siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, İran və Belarusu həm də ortaq problem birləşdirir. Hər iki tərəf qərbin sanksiyaları ilə üz - üzədir. Ancaq yeni əməkdaşlıq onlara qarşı təzyiqləri daha da artıracaq.

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər