Belarusdan şok
Belarus Silahlı Qüvvələri sentyabrın 10-na keçən gecə Polşaya doğru uçan pilotsuz uçuş aparatlarının (PUA) bir hissəsini vurub.
"İnformator.az" "Globalinfo.az"a istinadla xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Pavel Muraveyko deyib:
“Bu, Polşa tərəfinə öz qüvvələrini havaya qaldırmaqla pilotsuz təyyarələrin hərəkətlərinə operativ reaksiya verməyə imkan verdi”.
Muraveykonun sözlərinə görə, sentyabrın 10-na keçən gecə Belarus Silahlı Qüvvələri Polşa və Litvanın ilə hava vəziyyəti haqqında məlumat mübadiləsi aparıb.
Belarus Müdafiə Nazirliyi bildirib ki, PUA-ların bəziləri radioelektron mübarizə vasitələrinə görə marşrutdan çıxıb və bir hissəsi məhv edilib.