00:00:00
Yazar
Admin User
03.04.2024 18:06 271 1 dəq oxuma
Dünya

Belçika baş nazirinin müavini: Belçika Fələstin dövlətini tanımalıdır

Belçika baş nazirinin müavini: Belçika Fələstin dövlətini tanımalıdır

Belçika baş nazirinin müavini Petra De Sutter ölkəsinin yaydan əvvəl Fələstin dövlətini tanımalı olduğunu bəyan edib.

 

De Sutter İspaniyanın yaydan əvvəl Fələstin dövlətini tanımağı planlaşdırdığını xatırladıb və ölkəsinin də eyni addımı atması lazım olduğunu bəyan edib.

 

“Biz müstəqil Fələstin dövlətini və onun Birləşmiş Millətlər Təşkilatına üzv olmaq üçün yeni cəhdini rəsmən tanımalıyıq”. Mesajını paylaşan De Sutter Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququndan istifadə etməli olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı açıqlamalarında Belçikanın Xarici İşlər Naziri Hadja Lahbib Fələstin dövlətinin tanınması ilə bağlı razılaşmanın olduğunu, lakin bunun “vaxtında” açıqlanacaq bir qərar olduğu ifadələrini tez-tez təkrarlayıb.

 

İspaniya, İrlandiya, Malta və Sloveniya martın 22-də “düzgün şərtlər” yerinə yetirildikdə Fələstin dövlətini tanımağa hazır olduqlarını bəyan ediblər.

 

Zəhra Həsənova

Mənbə: TRT Haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər