00:00:00
Yazar
Admin User
23.09.2025 17:50 70 1 dəq oxuma
Dünya

Belçika Kraliçası Ermənistana səfər edəcək

Belçika Kraliçası Ermənistana səfər edəcək

Belçika Kraliçası Matilda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin rəsmi müdafiəçisi kimi oktyabrın 13-15-də Ermənistanda işgüzar səfərdə olacaq.


Bu barədə "İnformator.az" "Armenpress"ə istinadən xəbər verir.


Kraliçanın səfərində ekoloji problemlərə diqqət yetiriləcək. Xüsusi təhsilə ehtiyacı olan uşaqların dəstəklənməsi üzrə ixtisaslaşmış uşaq bağçasına səfər də nəzərdə tutulub.


Kraliça Ermənistanın dövlət rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirərək ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində prioritetlərini müzakirə edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər