Belçikadan Fələstini dövlət kimi tanıma qərarı
Fələstini dövlət kimi tanıyan ölkələrin sayı hər keçən gün artır. Son olaraq Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını açıqlayıb.
Açıqlama Belçikanın Xarici İşlər naziri Maksim Prevod tərəfindən verilib.
Prevod, ölkəsinin Nyu-Yorkda keçiriləcək 80-ci Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstini tam hüquqlu dövlət kimi tanıyacağını bildirib.
Belçikanın Xarici İşlər naziri iki dövlətli həll yoluna sadiq olduqlarını bir daha vurğulayıb.
Hazırda 193 BMT üzvündən 147-si Fələstini rəsmi olaraq tanıyır.
TRT HABER
Solmaz Muradova