00:00:00
Yazar
Admin User
08.08.2025 14:35 82 2 dəq oxuma
Dünya

Benyamin Netanyahunun Qəzzanı ələ keçirmək planı təsdiq edilib

Benyamin Netanyahunun Qəzzanı ələ keçirmək planı təsdiq edilib

Bildirilib ki, planın 5 əsas məqsədi var. Bu məqsədlərə HAMAS-ın tərk-silah edilməsi, bütün girovların azad edilməsi, Qəzzanın demilitarizasiyası, İsrailin Qəzzada təhlükəsizlik nəzarəti qurması və müharibədən sonrakı dövrdə Qəzzada HAMAS-ın və Fələstin hökumətinin daxil olmadığı bir hakimiyyətin qurulması daxildir.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Hazırda Yaxın Şərqin yenidən dizayn olunması prossesi davam edir:

 

"Üstəlik bu prosses həlledici mərhələyə keçir və belə anlaşılır ki, Yaxın Şərqin yenidən dizayn olunamasında Fələstin mövzusu yaxşı yer tutur. Hazırda İsrail bu məsələni öz xeyrinə həll etməyə cəhd göstərir. İsrailin planlarının hansı nəticələr verəcəyi barədə dəqiq fikir söyləmək çətindir. Çünki İsrailin arxasında ABŞ dayanır və İsrailin maraqlarının qorunması üçün bütün imkanlarından istifadə edir. Ancaq hələlik burada müəyyən müqavimət istiqaməti də mövcuddur. Bu istiqamət ilk növbədə Avropa Birliyinin bəzi aparıcı dövlətlərinə doğru yönəlib. Məsələ ondadır ki, Fransa, Almaniya və Böyük Britaniya Fələstin dövlətini tanımaq barədə qərar qəbul etməyə çox yaxındır. Bəzi məlumatlara görə Fransa, Almaniya və Böyük Britaniya rəsmi idarələrinin açıqlamalarına görə bu məsələ BMT-nin baş assambleyası sentyabr ayında keçiriləcək toplantısında dəqiqləşəcək. Bu dövlətlər müəyyən şərtlər irəli sürüblər. Əgər, o şərtlər reallaşarsa, BMT-nin baş assambleyası ilə Fələstinin müstəqil dövlət kimi tanımaq niyyətində olduqlarını bəyənat ediblər. Bu da onu göstərir ki, Fələstinin gələcək taleyi böyük ölçüdə sentyabr ayında həll oluna bilər və bu variant İsrailin planları ilə kəskin ziddiyyət təşkil edə bilər. Çünki, Fransa, Böyük Britaniya və Almaniya əsasən, o şərtlərin üzərində dayanırlar ki, bu iki dövlət prinsipi reallaşdırmalıdır. Yəni, müstəqil Fələstin dövləti və İsrail iki dövlət olaraq qonşuluq şəraitində yaşamalıdır. Bu variant,daha çox Avropa Birliyinə aid dövlətlərin irəli sürdüyü variantdır. Hələlik buna ABŞ də, İsrail də ciddi şəkildə etiraz edirlər. Ancaq istənilən halda bu məsələnin həlli sentyabrda həll olunacaq. Bu baxımdan da Qəzzada Həmasın və Fələstinin indiki hökumətinin iştirakı olmadan fərqli siyasi quruluşun formalışdırılıb, formalaşdırılmaması sentyabr ayında aydınlaşacaq".

 

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər