00:00:00
Yazar
Admin User
30.09.2025 19:21 86 1 dəq oxuma
Dünya

Berbokun BMT sədrlik təqdimatı Almaniyada tənqid olunub

Berbokun BMT sədrlik təqdimatı Almaniyada tənqid olunub

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçildikdən sonra özünü bu vəzifədə təqdim etməsi ilə ölkəsində istehza və narazılıq doğurub. Der Spiegel yazır ki, onun bu təqdimatı Almaniyada həm utanc, həm də gülüşlə qarşılanıb. Qeyd olunur ki, əslində nazirlik əvvəlcə ATƏT-in keçmiş baş katibi Helqa Şmidin namizədliyini irəli sürməyi planlaşdırıb:

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, burada diqqət yetirilməli əsas məqam Berbokun 80-ci sessiyanın prezidenti seçilməsi deyil:

 

“Çünki şəxslərin burada xüsusi rolu yoxdur. Çoxmillətli təşkilatlarda hər bir dövlət öz mövqeyini sərbəst şəkildə ifadə edir. Sessiya prezidenti qərarları dəyişdirmək və ya onlara müdaxilə etmək səlahiyyətinə malik deyil. Dövlətlər hansı mövqedə dayanırlarsa, onu da səsləndirirlər. Qərarların qəbul olunduğu vahid beynəlxalq mexanizm mövcuddur və hər şey müzakirələrdən asılıdır. Sədrliyin isə daha çox formal xarakteri var. Yəni bu təyinat nə Almaniyanın BMT gündəliyinə təsir imkanlarını artırır, nə də Almaniyanın Avropa dövlətləri ilə münasibətlərində dəyişiklik yaradır. Burada əsas olan beynəlxalq hüquq və beynəlxalq tələblərdir. Hər şey də məhz həmin tələblərə uyğun şəkildə planlaşdırılır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər