00:00:00
Yazar
Admin User
17.12.2025 18:51 104 2 dəq oxuma
Siyasət

Berlin danışıqları

Berlin danışıqları

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Berlində aparılan danışıqlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib.

 

Mövzu ilə bağlı Mütəllim Rəhimli “İnformator.az”a bildirib ki, Berlin danışıqları Rusiya-Ukrayna müharibəsinin dayandırılması baxımından mühüm mərhələdir:


“ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirak etdiyi bu görüşlərdə əsas diqqət təhlükəsizlik zəmanətləri, iqtisadi dəstək və ərazi məsələlərinə yönəldilib. Sülh planı ilə bağlı təxminən 90 faizə yaxın razılaşma əldə edilib, lakin ərazi məsələləri hələ də mübahisə predmeti olaraq qalır. Xüsusilə Donbas bölgəsi ilə bağlı fikir ayrılıqları davam edir. ABŞ Donbasın bir hissəsində azad iqtisadi zona yaradılması və cəbhədən geri çəkilmə təklif edir, Ukrayna isə bununla razılaşmır və tam suverenlik tələb edir. Ərazi güzəştləri olmadan müharibənin bitməsi ehtimalı çox aşağıdır. Əgər Moskva bu təklifi qəbul edərsə, müharibənin 2026-cı ilin əvvəllərində dayandırılması mümkündür. Əks halda danışıqların dayanması ehtimalı var və bu, müharibənin uzanması deməkdir. Ərazi güzəştləri məsələsi gündəmə gələrsə, bunun yalnız referendum yolu ilə həll edilməsi zəruridir”.

 

Ekspert bildirib ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın dekabrın 16-da verdiyi açıqlama həm diplomatik optimizmi, həm də Vaşinqtonun artan təzyiq imkanlarını əks etdirir:


“Tramp razılaşmanın hər zamankından indi daha yaxın olduğunu bildirib. Bu bəyanat Berlin danışıqlarından sonra verilib və psixoloji təsir yaratmaq məqsədi daşıyır. ABŞ həmçinin Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır və Ukraynaya Donbas məsələsində güzəştlərə getməsi üçün təzyiq göstərir. Məqsəd Rusiyanı danışıqlar masasına oturtmaqdır. Ümumilikdə, ABŞ müharibəni tez bitirmək və sülh yaradan prezident kimi nüfuz qazanmaq istəyir. Bu addımlar həm diplomatik təzyiq, həm də müharibənin dayandırılması üçün vasitədir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər