00:00:00
Yazar
Admin User
15.08.2025 16:21 75 1 dəq oxuma
Dünya

Berlində iki avtobus qəzaya uğrayıb: 12 yaralı

Berlində iki avtobus qəzaya uğrayıb: 12 yaralı

Almaniyanın paytaxtı Berlin şəhərində avtobusların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib.

"İnformator.az" “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, qəzalar zamanı 12 nəfər xəsarət alıb. Belə ki, Şarlottenburq bölgəsində avtobusla minik avtomobili toqquşub. Nəticədə avtobusun sürücüsü və 3 sərnişin yaralanıb. Şpandau bölgəsində isə minik avtomobili ilə toqquşmaqdan yayınan avtobus sürücüsü qəza törədib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Hadisələrlə əlaqədar araşdırmalar aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər