00:00:00
Yazar
Admin User
16.12.2025 17:50 239 3 dəq oxuma
Siyasət

Berlindən sülh xəbəri

Berlindən sülh xəbəri

“Skay Nyus” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb ki, danışıqlar çox müsbət keçib və bir sıra məsələlər üzrə konsensus əldə olunub.

 

“Bəzi mövzular hələ müzakirə olunmalıdır, amma Donald Tramp əldə olunan irəliləyişdən məmnundur”,- rəsmi bildirib.
O qeyd edib ki, Avropa nümayəndələri özlərini çox yüksək səviyyədə göstəriblər və sülhə doğru irəliləyiş var.

 

Həmçinin vurğulanıb ki, NATO-nun 5-ci maddəsinə bənzər Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsində də irəliləyiş əldə edilib, lakin bu zəmanətlərin əbədi olmayacağı barədə xəbərdarlıq edilib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Berlində aparılan danışıqlar sülhə doğru real addımlar kimi dəyərləndirilə bilər:

 

“Berlindəki danışıqlarda sülhə doğru əldə olunan irəliləyiş real sülhə aparan ilk addımlar kimi qiymətləndirilə bilər. Onsuz da bundan başqa yol yox idi. Ya müharibə, ya da sözü gedən sülhə getmək. Hesab etmirəm ki, burada hələlik başqa məqsədlər olsun. Ukraynanın təhlükəsizliyi ilə bağlı vədlərlə bağlı, şübhəsiz ki, Qərbin öz tələbləri var və bununla bağlı da qarantorlar olmalıdır. Qeyd etmişdik ki, ilin sonuna qədər Ukrayna - Rusiya müharibəsi ilə bağlı sülhə doğru mühüm addımlar atılacaq. Hazırda bu proses gedir və ilin sonudur. Mümkündür ki, gələn ilin ilk rübünə qədər ABŞ-nin təkidi ilə real sülh bağlansın. Çünki artan gərginlik bir çox dünya ölkələrinin maraqlarına ciddi zərbə vurur. Əsas odur ki, Aİ ilə ABŞ-nin də bu mövzuda rəqabəti sayəsində ziddiyyətlər yaranıb. Hazırda isə sözü gedən sülhlə bağlı həm Avropa həm də ABŞ bu məsələnin həllində maraqlı görünürlər.

 

Ekspert qeyd edib ki, Rusiya ilə müqavilə su üzərində barmaqla yazılan yazıya bənzəyir:

 

“Təbii ki, Ukraynanın təhlükəsizliyi ilə bağlı müddəa var. Amma bu da məlumdur ki, Rusiya ilə imzalanan müqavilə su üzərində barmaqla yazılan yazı kimidir. İstənilən vaxt həmin müqaviləni, yaxud şərtlərini poza bilər. Məhz bunun baş verməməsi üçün əsas qabaqlayıcı tədbirləri Qərb görməlidir. Nisbi razılıq əldə olunduqdan sonra artıq sülh prosesinə daxil olaraq digər açıq qalan məsələlərə də baxılacaq. Hesab edirəm ki, daha müharibə bitib və böyük güclərin hesabladığı mərhələ başa çatıb. Müharibə də onsuz da dayandırılacaq. Sadəcə sülh, danışıq görüntüsü yaradıb prosesi təbii göstərmək istəyirlər. Hamı düşünür ki, Volodimir Zelenski Qərbin kadrıdır, lakin bu belə deyil. O, birbaşa Rusiyanın, şəxsən Prezident Putinin yetişdirdiyi şəxsdir. Onun Ukrayna lideri olması ilə başladılan bu savaşda Rusiyanın torpaqlarını genişləndirməyə başlaması təsadüfən üst-üstə düşməyib. Əvvəlcədən müəyyən olunduğu qədər Rusiyaya torpaq verilib, hazırda isə barışıq olacaq. Əvəzində isə Rusiya İsrailə dəstək verərək, Fələstinlə bağlı siyasi mövqeyini korrektə edəcək. Trampın Putinlə pozitiv münasibəti və simpatiyasının kökündə əslində bu dayanır. Sülhdən sonra Rusiyanın İsrail və ABŞ ilə bağlı mövqeyi xeyli yumşalacaq, Tramp “sülh göyərçini” kimi təqdim olunacaq. İsrailin regionda böyüməsi üçün Rusiyanın razılığı vacib idi. Çünki Türkiyə və İran da daxil olmaqla Rusiyanın təsir edə biləcəyi ölkələr var. Bütün bu məqsədlərlə belə bir ticarət həyata keçirilib. Ukraynaya yəhudi əsilli rəhbər gətirilib savaşa təhrik edilib. Torpaqları Rusiyanın işğal etməsinə şərait yaradıb sonra da sülh bağlayacaq və nəticədə Moskva da ABŞ-nin və İsrailin maraqlarına cavab verən addımları atacaq. Bütün Ukrayna məsələsi əslində Yaxın Şərqdəki proseslərlə bilavasitə əlaqədardır”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər