“Beynəlxalq təşkilatların heç birini İsrail dinləmir” – ŞƏRH
İsrail Müdafiə Ordusu Livan ərazisində “Hizbullah” təşkilatına məxsus silah anbarları, raket qurğuları və döyüş qruplarına qarşı zərbələr endirdiyini bəyan edib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Hizbullah İranın proksi qüvvələrinə daxildir. İsrailin işğal siyasətinə müqavimət üçün nəzərdə tutulduğu deyilsə də, sonradan fərqli istiqamətdə və fərqli hədəflər uğrunda istifadə olunub:
“Demək olar ki, Hizbullahın təsirində olan Livan əraziləri İranın suveren ərazisi timsalında regiondakı münaqişələrdə istifadə olunub. Əsasən Suriyadakı keçmiş rejimin qorunmasında və İraqda müsəlmanlara qarşı törədilən cinayətlərdə iştirak edib. Beləliklə, Hizbullahın Fələstini müdafiə etməsi kimi süni görüntü ifşa olunub. Təşkilat əsl terrorçu mahiyyətini Suriyada və İraqda müsəlmanları qətlə yetirərək ortaya qoyub. Eyni zamanda Yaxın Şərqdə erməni terrorçu qrupları ilə Türkiyəyə qarşı müştərək planların tərkib hissəsinə çevrilib. Əslində Hizbullah İsrailin işğal siyasətinin icrasına zəmin yaradıb, nəinki Livanı və Fələstini müdafiə edib. Bölgədə Livanın və Fələstinin deyil, yalnız İranın maraqlarını qoruyub. Hazırda isə İsrailə bu təşkilat lazım deyil. Çünki bəhanəsiz, heç bir terror qrupunun atəş açmasına gərək olmadan da istədiyi ərazini tutur, istədiyi əhalini qırır. Artıq əvvəlki illərdən fərqli olaraq Livan hökuməti də bu təşkilatın tərksilah olunmasında maraqlıdır. Çünki anlayır və qəbul edir ki, Hizbullah nəinki Livanı qoruyur, əksinə, İranın maraqlarına bu ölkəni qurban verir. Hizbullahın ləğvi yaxud zəiflədilməsi regionda Suriya və Türkiyənin xeyrinə güc balansını dəyişə bilər. Əgər Livan, Suriya və Türkiyə birgə səylər göstərib müəyyən tədbirlər görərsə, Hizbullahın susması qarşılığında İsrailə qarşı da sədd rolunu oynaya bilərlər. Əks halda, Hizbullahın susdurulması İsrailə daha geniş qol-qanad açmaq imkanı verər. Beləcə, İsrailin Livanı işğal etməsi asanlaşar”.
Həmçinin şərhçi qeyd edib ki, beynəlxalq təşkilatların heç birini İsrail dinləmir və bunu nəzərə almır:
“İsrail üçün heç bir dövlətin mövqeyi, heç bir beynəlxalq təşkilatın yanaşması önəmli deyil. Heç öz qanunlarına da məhəl qoymadan irəliləyirlər. Çünki öz qanunları özləri üçün deyil, beynəlxalq aləmdə dünyəvi dövlət görüntüsü yaratmaq üçündür. Konstitusiyası və dövlət sərhədləri məlum olmayan İsrail Tövrat və Talmuda əsaslanır. Bu dini mətnlərdə Nil və Fərat çayları arasındakı bütün ərazilərin guya yəhudilərə məxsus olduğu iddia edilir və orada yaşayan əhalinin qul və ya kölə qismində istifadə edilə, öldürülə, orqanlarının satışa çıxarıla biləcəyi kimi yanaşmalar yer alır. Məhz bu doktrina əsasında onilliklərdir ki, Yaxın Şərqdə qan və savaş dayanmır. BMT-nin qərarları rədd edilir və heç bir qanun tanınmır. Lakin söhbət konkret Hizbullahdan gedirsə, İsrailin indiki hücumları bölgədə yenidən savaşı alovlandıra bilər. Təbii ki, İrana bağlı proksi qüvvələrə daxil olan Yəmən Ənsarullahı da qoşularsa, bu, yenidən İsrailə qarşı müharibə deməkdir. Ancaq regionda güc balansı yenidən İsrailin lehinə dəyişəcəksə, bu, Türkiyənin maraqlarına da zərbə, eyni zamanda Suriyanın təhlükə ilə üzləşməsi deməkdir. İsrailli rəsmilərin növbəti ildə hədəflərinin Türkiyə olacağı ilə bağlı açıqlamaları böyük təhlükələrin anonsunu verir. Hər bir halda, Hizbullahın yerini İsrail yaxud İsrailin maraqlarına xidmət edən yeni terror qrupları tutarsa, bu, həm region, həm də Türkiyə üçün ağır nəticələrə gətirib çıxara bilər. Hər bir halda, Livan hökumətinin Türkiyə ilə balanslı hərəkət etməsi zəruridir. Hizbullah-İsrail savaşı ilə qarşıdadır”.
Aytac İbrahimova