Beynəlxalq ictimaiyyətin Fələstinə borcunu ödəmə vaxtı çatıb
Prezident Rəcəb Tayyib Ərdoğan: “Sülhün bərqərar olunmasına yönəlik bütün mərhələlərə fələstinlilərin daxil olmasını və töhfə verməsini vacib hesab edirik. Son hədəf isə iki dövlətli həll yoludur. Artıq beynəlxalq ictimaiyyətin Fələstin xalqına olan borcunu ödəmə vaxtı çatmışdır”. deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan, 2025-ci ilin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası qərarı ilə “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə paytaxt Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak edib.
Türkmənistan Məsləhətlər Mərkəzində təşkil olunan Forumun “Sülh və Təhlükəsizlik. Davamlı Bir Gələcək Üçün Məqsədlərin Birliyi” mövzulu ümumi iclasında çıxış edən Ərdoğan deyib: “Ata yurdumuz olaraq gördüyümüz bu torpaqlarda bir daha olmaqdan böyük məmnunluq duyuram. Daimi neytrallıq statusuna məna və məzmun verən Türkmənistanın milli lideri, əziz qardaşım Qurbanqulu Berdiməhəmmədovu ürəkdən təbrik edir, bizi bu mənalı gün münasibətilə bir araya gətirən Serdar qardaşıma təşəkkürümü bildirirəm”.
TRT Haber
Səadət Əlizadə