Beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi
Son dövrlərdə dünya siyasətində gərginlik artır – Qəzza müharibəsi, Rusiya–Ukrayna müharibəsi, Qafqazda yeni təhlükəsizlik çağırışları və enerji böhranı kimi məsələlər region dövlətlərini də yaxından təsirləndirir. Azərbaycan isə həm qonşu dövlətlərlə balanslı siyasət yürütməyə, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməyə çalışır. Xüsusilə Türkiyə ilə strateji müttəfiqlik, Rusiya ilə təhlükəsizlik və sülh proseslərində əməkdaşlıq, İranla dialoqu qorumaq, Gürcüstan vasitəsilə regional iqtisadi layihələrdə iştirak əsas istiqamətlərdəndir. Azərbaycan diplomatiyası bu mürəkkəb şəraitdə neytral və balanslı mövqeyini saxlamağa, enerji resurslarından istifadə edərək beynəlxalq tərəfdaşlarını gücləndirməyə çalışır.
Mövzu ilə bağlı Politoloq Elşad Həsənov "informator.az"a müsahibə verib.
Azərbaycanın regional təhlükəsizlik və sabitlik məsələlərində rolu necə qiymətləndirilə bilər?
"Azərbaycan müstəqilik qazanandan sonra öz müstəqil milli siyasətini həyata keçirməyə başladı. Bunun üçün iqtisadiyyatını, ordusunu gücləndirdi və enerji resurslarından əldə olunan vəsaiti kadrların yetişdirilməsinə,
əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönləndirdi və bu da öz müsbət nəticəsini verdi. Belə ki, Azərbaycan 30 ildən artıq işğal altında olan torpaqlarını azad etdi, ərazi hüququnu bərpə etdi və Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Azərbaycan artıq Avropa ittifaqının enerji mərkəzinə böyük töhfə verir, Avropanın 10 ölkəsinə qaz ixrac edir. Biz hazırda Avropanın 9 ölkəsi ilə ikitərəfli, qarşılı, strateji, müttəfiqlik bəyannaməsi imzalamışıq".
Son dövrlərdə dünya siyasətində artan gərginlik ölkəmizin xarici siyasətinə necə təsir edir?
"Təyyarəmiz vurulandan sonra,
münasibətlər soyudu. Bu günə qədər də hələ Rusiya Azərbaycanın tələb etdiyi kompensasiyanı ödəməyib, təyyarəni vuran cinayətkarlar cəzalanmayıb, Azərbaycan xalqından üzr istənilməyib.
Yəni, biz bunu dəfələrlə bildirsək də bildirirlər ki, hələ istintaq davam edir. Bu proses uzana da bilər, ancaq gözləməyə ehtiyac yoxdur, çünki hər şey bilinir.
Cinayətə göstərişi verənlər də onu həyata keçirənlər də hamısı məlumdur. Teleqram kanalların da onların adları, şəkilləri yayılıb.
Bu da təbii ki, bizim aramızda soyuqluğun dərinləşməsinə səbəb olur. Son zamanlar Rusiya da Azərbaycanlılara qarşı aparılan vandal hərəkətlərə görə də vəziyyət gərginləşib,
bu da Rusiya-Azərbaycan münasibətlərində doğrudan da çatlar əmələ gətirir. Bunun ətrafında qeyd edək ki, NATO ölkələri və ümumiyyətlə dünyanın 54-dən artıq ölkəsi ukraynaya dəstək göstərir,
çünki bütün beynəlxalq bəşəriyyət Rusiyanın bu təcavüzkar siyasətini pisləyirlər və imkan daxilində Ukraynaya kömək etməyə çalışırlar.
Rusiya da bütün bunlara baxmayaraq hələ də öz təcavüzkar siyasətini aparır və hesab edirəm ki, bununla da Rusiya öz qəbirini qazır və yavaş-yavaş gücdən düşür, əgər belə gedərsə Rusiya imperiyası dağılmağa məruz qalacaq. Azərbaycan öz regional təhlükəsizliyini qorumaq üçün lazimi addımlara atır.
Azərbaycan Prezidenti bunu dəfələrə bildirib ki, biz hər an müharibəyə hazır olmalıyıq. Dünyanın geostrateji arxitekturası dəyişir, yeni güclər əmələ gəlir və artıq dünyanın bir qütüblü yox, çox qütüblü dünyaya çevrilməsi haqqında da artıq böyük işlər aparılır".
Beynəlxalq münaqişələrdə neytral mövqeni qorumaq Azərbaycan üçün hansı imkan və riskləri doğurur?
"Türk Dövlətləri birliyinin işləri çox yüksək sürətlə gedir və bu işdə də Azərbaycan xüsusi rol oynayır. Ona görə hesab edirəm ki, Türk Dövlətləri birliyi də böyük bir güc mərkəzində çevriləcək, çünki birliyinin üzvləri bu yolda inamla irəlləyirlər. Biz beynəlxalq münasibətlərdə neytral mövqeyimizi qormağa çalışırıq, lakin lazım gələndə biz də nəyin düzgün olduğunu bildiririk. Hələlik Rusiya-Ukrayna müharibəsi dünyanı çox gərgin vəziyyətdə saxlayır, ona görə də sülhdən danışmaq tezdir, ancaq hesab edirəm ki, dünya gücləri, Rusiyanın təcavüzkar siyasətinə qarşı vahid cəbhədən çıxış etməlidirlər, onlar Ukraynaya ciddi dəstək göstərməlidir və Ukrayna öz torpaqlarını azad etməli, ondan sonra Rusiya da geri çəkilməlidir. Yəni, bu nəzərdən Azərbaycan həmişə obyektiv mövqə tutub və Azərbaycan, elə Rusiya-Ukrayna müharibəsi başlayadan bəri Ukraynanın ərazi bütövlüyünü, tanıdığını dəfələrlə bildirib. Baxmayaraq ki, biz Rusiya ilə də müttəfiqlik bəyannaməsi imzalamışıq, ancaq biz BMT-nin nəzamnaməsinə uyğun olaraq bu işləri aparırıq".
Arzu İbrahimova