Beynəlxalq sularda “Qlobal Resolve Flotilla”ya hücum
İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq üçün yola çıxan “Qlobal Resolve Flotilla” beynəlxalq sularda hücuma məruz qalıb. Hadisə Krit sahillərində baş verib.
Məlumata görə, donanma əvvəlcə pilotsuz təyyarələr tərəfindən izlənib, daha sonra qayıqlardan səs bombaları atılıb. Hücum nəticəsində bəzi radio və rabitə sistemləri zədələnsə də, donanmadakı fəalların vəziyyətinin yaxşı və təhlükəsiz olduğu bildirilib.
Donanmada olan “Yeni Şafak” qəzetinin yazarı Ersin Çelik TRT News-a açıqlamasında, “Qorxmuruq. İsrail bizi çəkindirmək istəyir, amma qətiyyətimiz davam edir” deyə bildirib.
TRT XƏBƏR
Ləman Mahmudlu