00:00:00
Yazar
Zəhra Həsənova
25.02.2026 22:13 15 2 dəq oxuma
İdman Özəl

Bilyard üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Bilyard üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Kişilər arasında bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışın qalibi Ceyhun Əmrahov olub. Vasif Məmmədov ikinci yeri tutub, Cahangir Abbasəliyev və Rufin Süleymanov isə üçüncü pillədə qərarlaşıblar.


"Çempionatın ümumi səviyyəsini yüksək qiymətləndirirəm. Ümumilikdə 63 idmançı iştirak edib ki, bu da Azərbaycan çempionatı üçün çox ciddi göstəricidir".

Bu sözləri Azərbaycan Bilyard Federaiyasının
Marketinq üzrə Direktoru Mir Azad Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, yarışa regionlardan - Gəncə, Sumqayıt və Şəki şəhərlərindən olan idmançılar da qatılması sevindirici haldır:

 

"Bu, bilyardın dinamik piramida növünün ölkə üzrə inkişaf etdiyini və rəqabətin artdığını göstərir. Oyunların keyfiyyəti və təşkilati səviyyə bizi tam qane edib. Ceyhun Əmrahovun çıxışına gəlsək, o, turnir boyu çox sabit və intizamlı oyun nümayiş etdirib. Əsas üstünlükləri taktiki düşüncə, psixoloji davamlılıq və həlledici anlarda düzgün qərar verməsi olub. Final mərhələsində o, oyunun tempini idarə etməyi bacarıb və təzyiq altında səhvə yol verməyib. Çempionluq məhz bu keyfiyyətlərin nəticəsi idi".

 

Müsahib sözlərinə qarşıdakı turnirlər və hazırlıq planları barədə məlumatları ilə davam edib:


"Qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq turnirlər planlaşdırılır. Ən önəmli məqamlardan biri isə Bakıda keçiriləcək Avropa Çempionatıdır. Bu yarışın paytaxtımızda təşkili federasiyamızın beynəlxalq səviyyədə etimad qazandığını və artıq ciddi idman platforması kimi qəbul olunduğunu bir daha göstərir. Hazırlıq planlarımız çərçivəsində təlim-məşq toplanışları keçiriləcək, xüsusilə gənc və region idmançılarına əlavə diqqət ayrılacaq. Məqsədimiz Azərbaycan bilyardını beynəlxalq arenada daha da güclü şəkildə təmsil etməkdir".


Zəhra Möhübbətova

#bilyard #üzrə #çempionatının #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər