00:00:00
Yazar
Admin User
09.10.2025 17:49 127 1 dəq oxuma
Siyasət

Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik

Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik

İlham Əliyev: “Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik”.

 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan bu gün bir çox ölkələrin, xüsusilə Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır:

 

Onun sözlərinə görə, Azərbaycan həm qaz və neft məhsullarının, həm də alternativ enerjinin ixracı ilə etibarlı tərəfdaş kimi tanınır və dünya birliyində böyük etimad qazanıb. Ölkəmiz öz enerji resurslarından həm iqtisadi, həm də geosiyasi məqsədlərlə səmərəli şəkildə istifadə edir:

 

“Azərbaycanın strateji və rasional siyasəti nəticəsində bu gün Avropa ölkələri, o cümlədən İtaliya, Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın enerji potensialı təkcə iqtisadi deyil, həm də humanitar sahədə mühüm rol oynayır. Pandemiya dövründə ölkəmizin onlarla dövlətə yardım göstərməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin praqmatik siyasəti sayəsində Azərbaycan artıq regionda və dünyada etibarlı enerji tərəfdaşı kimi tanınır “.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər