00:00:00
Yazar
Admin User
08.09.2025 12:38 180 2 dəq oxuma
Siyasət

Bir gündə Qəzzada ölənlərin sayı açıqlanıb

Bir gündə Qəzzada ölənlərin sayı açıqlanıb

İsrailin Qəzza və ətrafına endirdiyi hücumlar nəticəsində bir gündə 52 nəfər həlak olub.


Bu barədə Əl-Cəzairə telekanalı məlumat yayıb.


Son 48 saatda azı 50 ev tamamilə dağılıb, 100-ə yaxın bina ziyan görüb. Məcburi köçkün düşərgələri və humanitar yardım mərkəzləri də atəşə tutulub, 200 çadır dağıdılıb. Yemək alan fələstinlilərə açılan atəş nəticəsində 85 nəfər yaralanıb, 8 nəfər ölüb. Sentyabrın 6-da isə 74 fələstinli İsrail hücumlarının qurbanı olub.


Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Qəzza faciəsi çox təəssüflər olsun ki, uzun illərdir davam edir:

 

“Bu prosesi dayandıracaq yeganə bir ölkə var, o da ABŞ-dir. Təəssüflər olsun ki, Amerika da bu faciənin dayanmasını istəmir, İsrail vasitəsilə öz planlarını davam etdirir.Qəzza indiyə qədər elə faciələr yaşayıb ki, bəzən ifadəsi çox ağırdır. Körpələrin ah-naləsi dünyada eşidilməkdədir”.


Cavanşir Abbaslı qeyd edib ki, kiçik bir ölkə olan İsraili dayandıracaq güc hələ ki ortaya çıxmır:


“Beynəlxalq aləm ikiüzlülüyünü davam etdirir. Amerika zatən hansı addım atırsa, beynəlxalq güclər də elə güclə barışır. Bu proseslərdə sonuna qədər tam gücü ilə fələstinlilərin yanında dayanan ölkə qardaş Türkiyədir. Bir deyim var:“Tək əldən səs çıxmaz”. İnanın ki, Türkiyə olmasaydı, bəlkə də bu gün Qəzza məsələsini müzakirə etmirdik, artıq çoxdan tarix olmuşdu”.


Cavanşir Abbaslı son olaraq açıqlamasında hələ bir müddət HƏMAS-İsrail savaşının davam edəcəyini qeyd edib:


“Sadəcə aradabir atəşkəs xəbərləri ortaya atırlar, beynəlxalq birliklər də bu xəbəri bir neçə gün müzakirə edir, dünya gündəmində məlumatlar dərc olunur. Sonda isə görürsən ki, faciə davam edir. Dediyim kimi, sülh prosesi hələ ki, gözlənilmir. Olsa belə ömrü çox qısa olacaq. Yaxın Şərqin Fələstin hissəsi hələ sülh üzü görməyəcək”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər