00:00:00
Yazar
Admin User
23.12.2025 18:24 94 2 dəq oxuma
Siyasət

“Bir millət, iki dövlət” ruhu

“Bir millət, iki dövlət” ruhu

Türkiyə Maarif Vəqfi Azərbaycandakı fəaliyyətini genişləndirməyi planlaşdırır və yaxın gələcəkdə Gəncə və Naxçıvanda yeni kampuslar açmağı nəzərdə tutur. Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan–Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclasında məlumat verib.

 

O bildirib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini daha da gücləndirib və bu əməkdaşlıq çərçivəsində Maarif Vəqfi təhsil sahəsində mühüm rol oynayır. Yeni kampuslar vasitəsilə təşkilat Azərbaycanda keyfiyyətli təhsilin inkişafına töhfə verməyi və gənc nəsillərin peşəkar hazırlığını artırmağı hədəfləyir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, bu anlayış artıq iki ölkənin sərhədlərini açaraq bütün türk dövlətlərinin ortaq şüarına çevrilir:

 

“Azərbaycanla Türkiyə münasibətlərini yalnız hərbi və diplomatik sahədə inkişaf etdirmir. Bizim Şuşa Bəyannaməsi kimi münasibətləri ən üst səviyyəyə qaldıran razılaşmamız var. Bu bəyannamə bizə bütün sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır və qarşımıza yeni hədəflər qoyur. Xüsusilə təhsil sahəsində əməkdaşlıq prioritet hesab edilir. Çünki dost, qardaş və müttəfiq ölkələrin gələcəyi bu günkü şagirdlərin, tələbələrin əlindədir. Bu baxımdan Türkiyə Maarif Vəqfinin Gəncə və Naxçıvanda yeni kampuslar açmaq planları çox önəmlidir. Biz ümumiyyətlə Azərbaycanla Türkiyənin münasibətlərinin son vaxtlar “bir millət, iki dövlət” anlayışının ruhuna uyğun olaraq daha da inkişaf etdirildiyinin şahidi oluruq. Bu anlayış isə artıq iki ölkənin sərhədlərini açaraq bütün türk dövlətlərinin ortaq şüarına çevrilir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər