Bir ömürlük missiya: Elm, mətbuat və fədakarlıq
Hər bir böyük insanın həyatı bütöv bir tarixdir – keşməkeşli, sınaqlarla dolu, lakin eyni zamanda gələcək nəsillərə işıq saçan şərəfli bir yol. Azərbaycan mətbuatının patriarxı, görkəmli elm və ictimai xadim, professor Nəsir İmanquliyevin ömür yolu məhz belə fədakarlıq və ləyaqət simvoludur. Onun həyatını öyrəndikcə insan dərk edir ki, əsl uğur heç vaxt asan başa gəlmir; hər bir böyük nailiyyətin arxasında gərgin əmək, yuxusuz gecələr, prinsiplər uğrunda aparılan mübarizələr və ən əsası, seçilmiş yolaə sarsılmaz sədaqət dayanır.
Nəsir müəllimin şəxsi həyatı və pedaqoji fəaliyyəti bir an olsun belə mətbuatdan, cəmiyyətin qayğılarından ayrı təsəvvür edilə bilməz. O, öz ömrünü bütövlükdə xalqının maariflənməsinə, milli jurnalistika elminin qurulmasına və gənc nəslin yetişdirilməsinə həsr etmişdi. Həyatın müxtəlif mərhələlərində qarşılaşdığı çətinliklər, ideoloji təzyiqlər və ya şəxsi sınaqlar onun iradəsini qıra bilməmiş, əksinə, onu daha da dözümlü və prinsipial etmişdi. Xüsusilə də ötən əsrin ortalarında Bakı şəhərində azərbaycandilli mətbuatın inkişafı, operativ informasiya ehtiyacının ödənilməsi üçün “Axşam” və “Bakı” qəzetlərinin yaradılması yolunda çəkdiyi zəhmətlər onun həyatının ən parlaq səhifələrindəndir.
Nəsir müəllimin ömür yolu bizə göstərir ki, həqiqi insan vətəni, xalqı və sevdiyi peşə qarşısında vicdanlı olmalıdır. Onun həyatı sadəcə tərcümeyi-hal deyil, gənc jurnalistlər üçün hər zaman oxunmalı, dərk edilməli və tətbiq olunmalı əsl həyat dərsləsidir. Professor Nəsir İmanquliyev öz yaşadıqları ilə sübut etdi ki, insanın fiziki ömür çərçivəsi məhdud ola bilər, lakin xalqı üçün gördüyü işlər, qoyduğu mənəvi izlər əbədi və silinməzdir.
Qəmər Kazımzadə