00:00:00
Yazar
Hüseynova Mələk
26.11.2026 13:39 362 2 dəq oxuma
Dünya

Birjalardakı çöküşün siyasi pərdəarxası: Tramp kimi günahlandırır?

Birjalardakı çöküşün siyasi pərdəarxası: Tramp kimi günahlandırır?

​ABŞ-də fond bazarlarında müşahidə olunan kəskin dalğalanmalar və enişlər fonunda siyasi qarşıdurmalar daha da kəskinləşib. Son çıxışında bazarlardakı geriləməyə toxunan Donald Tramp baş verənlərin məsuliyyətini Demokratların üzərinə ataraq, onların iqtisadi siyasət və qərarlarının investor əhval-ruhiyyəsinə mənfi təsir göstərdiyini iddia edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, iqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata bir bağlılığı var. Bu fəlsəfi kateqoriya bir-birini balanslaşdırmalıdır. Müasir dünyamızda iqtisadiyyatla siyasət bir-birini tarazlaşdırmalıdır:

 

“Yəni iqtisadiyyatla siyasət arasında balans pozularsa onda xaos yaranır. Dünyada baş verən hadisələr iqtisadi xaos, iqtisadi xaos sosial problem, sosial problem isə iğtişaş yaradır. Düzdür, dünyada baş verən hərbi xaos isə siyasi münasibətlərin toqquşmasından, siyasi maraqların uzlaşdırılmamasından gündəmə gəlir.Amerikada baş verən hadisələr də məhz dünyada gedən proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Düzdür, Tramp öz uğursuzluğunu həmişə başqalarının üstünə atır. Yəni baş verən hadisələr, istər Tramp hakimiyyətə gəlməzdən qabaq və ya indi də bütün uğursuzluqları demokratların üzərinə yıxaraq Amerika ictimaiyyətini çaşdırmaq istəyir. Amma birjalarda baş verən hadisələr bəzi hallarda alver predmetinə çevrilib".

 

Politoloq qeyd edir ki, Amerika Birləşmiş Ştatları dünyada gedən proseslərə birbaşa təsir etmək gücünə malik olan bir dövlətdir, istər siyasi proseslərə də, istərsə də iqtisadi proseslərə. Amerika kimi dövlətin başçısının verdiyi bəyanat birjalara təsir edir:

 

“Məhz birjalarda alver predmetinə çevrilir. Bəzi hallarda Tramp qəsdən xaos yaratmaq üçün mövqe nümayiş elətdirir və hərbi gedişlərə təsir etmək, hərbi əməliyyatlar başlatmaq üçün bəyanat verir, bu da fond birjalarında özünü göstərir. Dünyada qlobal iqtisadi sistemdə, birjalarda qiymətlərin qalxıb endirilməsi kortəbii baş vermir. Bu bir alver predmetidir. Müəyyən dünyada baş verən gərginlik nəticəsində birjalara proseslər birbaşa təsir edir. Hörmüz boğazının bağlanması ilə dünya neft birjalarında ciddi xaos yarandı, dünyada hərbi xaos birjalara, prosesə təsir edir və bu birjalara da, xüsusilə də dövlət başçıları, dünyada söz sahibi olan, dünyada siyasi prosesləri tənzimləyən dövlət başçılarının verdiyi qərarlar,  bəyanatlar təsir edir. Buna görə də Amerika dövlət başçısının verdiyi bəyanatlar bəzi hallarda proseslərə təsir eləyir. Düzdür, birjalarda enmə, qalxma münasibətlərin həlli ilə bağlı olan bir məsələdir. Hesab edirəm, dünyanı idarə eləyən sistem var, bu sistemin alver predmeti etmək üçün müəyyən siyasi qərarlara ehtiyac olub və bunun fonunda şou yaranır. İctimai dünya birjalarında, proseslərdə bir xaos yaradırlar, təbii ki, belə məqamlarda qiymətlər qalxır və enir. Bu baxımdan hesab eləyirəm ki, Trampın açıqlamaları və ya demokratların üzərinə yıxması sadəcə Tramp öz siyasi uğursuzluqlarına bəraət qazandırmaq üçün atılan bir addımdır".

 

Xədicə İsmayılova

 

#Tramp #ABŞ #çöküş #pərdəarxası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər