00:00:00
Yazar
Admin User
21.08.2023 18:38 419 2 dəq oxuma
Dünya

Birləşmiş Ştatlara məxsus hərbi gəmi İran gəmilərini mühasirəyə aldı

Birləşmiş Ştatlara məxsus hərbi gəmi İran gəmilərini mühasirəyə aldı

İranın Birləşmiş Ştatlar-ın helikopter gəmisinə hücum etmə cəhdinin görüntülər yayılıb. Birləşmiş Ştatlara məxsus “USS Bataan” hərbi gəmisi İrana məxsus döyüş gəmiləri tərəfindən mühasirəyə alınıb və qayıqlar ABŞ helikopter gəmisinin ətrafında dövr edib. Bundan sonra ABŞ-a məxsus qırıcı havaya qalxıb. Hörmüz boğazındakı gözətçi qülləsinin xəbərdarlığı və “İnqilab Keşikçiləri” donanmasının pilotsuz təyyarələrinin səmada uçması səbəbi ilə təyyarə gəmiyə qayıtmalı olub. Məlumata görə "USS Bataan" hərbi gəmisinin mühasirəyə alındığı vaxt Birləşmiş Ştatlar donanmasına aid 4 min əsgəri daşıyan USS Carter Hall desant gəmisinin bölgədə olduğu bildirilib. Ekspertlərin fikrincə, indiki siyasi konyukturada Birləşmiş Ştatlar ilə İran arasında eskalasiyanın olmağı gözlənilmir.

 

Siyasi şərhçi Turab Rzayev hesab edir ki, ümumi götürdükdə sanki bu ölkələr arasında məsələ artıq normal hal kimi qəbul olunur: “Düzdür, bir-birinə xəbərdarlıq edirlər, İran Qərbə, ABŞ İrana. Ancaq mən burdan bir eskalasiya çıxacağını düşünmürəm. İndiki məqamda ABŞ-ın İrana qarşı hər hansı birbaşa müdaxilə istəyi, niyyəti olacağını düşünmürəm. Çünki indiki dövrdə İrandakı daxili, iqtisadi, siyasi və maliyyə vəziyyəti ona hər hansı müharibə aparmaq üçün çətinliklər yaradar. Ona görə düşünürəm ki, İran indiki dövrdə heç bir halda ABŞ ilə açıq münaqişəyə və açıq müharibəyə girməyi düşünməz”.

 

Qeyd edək ki, bir neçə gün öncə Birləşmiş Ştatlar İranı Yaxın Şərq ətrafındakı gəmiləri ələ keçirməkdən çəkindirmək üçün Bəhreyndə yerləşən 5-ci Donanmanın desant gəmisini, 3 mindən çox dənizçi və dəniz piyadasını Fars körfəzinə göndərib. 5-ci Donanmanın sözçüsü Timoti Havkins bölgəyə onlarla F-35 və F-16 döyüş təyyarələri, həmçinin əlavə helikopterlər və desant gəmiləri göndərmək planlarını açıqlayıb. ABŞın bölgədə aktivliyi isə İranı narahat edir.

Eksperlərin fikirincə, mövcud gərginlik də bu səbəbdən baş verib. Siyasi şərhçi İlyas Hüseynov deyir ki, Birləşmiş Ştatlar Hörmüz boğazına hərbi cəhətdən möhkəmlənmək niyyətini ifadə edir: “Esmineslərin, F-16 və F35-lərin göndərilməsi də göstəriri ki hərbi cəhətdən möhkəmlənmək niyyətini Birləşmiş Ştatlar ifadə edir. Xüsusilə burada neft və ticari-iqtisadi yollarının keçməsi Birləşmiş Ştatları narahat edir”.

Qeyd edək ki, İranın Fars körfəzində bəzi neft tankerlərini ələ keçirməsi, son vaxtlar Yaxın Şərqdəki gərginliyi artırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər