00:00:00
Yazar
Admin User
22.09.2025 10:50 67 1 dəq oxuma
Dünya

Bişkekdə Mərkəzi Asiya ölkələrinin forumu keçiriləcək

Bişkekdə Mərkəzi Asiya ölkələrinin forumu keçiriləcək

Sentyabrın 23-də Bişkekdə (Qırğızıstan) Mərkəzi Asiya Dövlətlərinin III Parlamentlərarası Forumu keçiriləcək.

 

"İnformator.az"  xəbər verir ki, forumun mövzusu “Mərkəzi Asiya ölkələrinin parlamentləri: Regionun hərtərəfli inkişafı üçün effektiv həllər”dir.

 

Forumun məqsədi dayanıqlı iqtisadi artıma nail olmaq, miqrasiya proseslərini tənzimləmək və rəqəmsal mühiti inkişaf etdirmək üçün Mərkəzi Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlığı gücləndirməkdir.

 

İştirakçılar “Miqrasiya və əmək axını: vətəndaşların hüquqlarının və iqtisadi sabitliyin qanunvericiliklə təminatı”, “Mərkəzi Asiya ölkələrində investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi şəffaflığın artırılması üçün qanunvericilik tədbirləri”, “Parlament və rəqəmsal suverenliyin tənzimlənməsi” mövzularını müzakirə edəcəklər.


Xatırladaq ki, Mərkəzi Asiya Dövlətlərinin I Parlamentlərarası Forumu 2023-cü ildə Qazaxıstanda keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər