00:00:00
Yazar
Admin User
03.10.2025 12:55 215 2 dəq oxuma
Siyasət

Biz bundan qorxmuruq, onları mütləq vuracağıq

Biz bundan qorxmuruq, onları mütləq vuracağıq

Orbanın sərt çıxışı Avropada böyük səs doğurub. Baş naziri Viktor Orban bildirib ki, Macarıstan Rusiya pilotsuz təyyarələrinin qəsdən və ya təsadüfən hava məkanını pozması halında onları məhv etməyi planlaşdırır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bəyanat yalnız Macarıstanın milli təhlükəsizlik mövqeyi deyil, eyni zamanda həm müttəfiqlərə, həm də rəqib tərəflərə ünvanlanmış mesajdır:

 

“Orbanın verdiyi bəyanat – yəni, Macarıstan hava məkanına istənilən təhdid yönəlsə, həmin hava obyektlərinin məhv ediləcəyinə dair açıqlaması əslində başadüşüləndir və bu, Rusiyaya qarşı bir revanş kimi dəyərləndirilməməlidir. Söhbət ümumiyyətlə dövlətin öz hava məkanını qorumaq haqqında gedir. Macarıstan uzun müddətdir ki, Rusiya ilə strateji əməkdaşlıq edən və onun enerji resurslarından asılı olan bir dövlətdir. Bu səbəbdən Orbanın belə bir mövqe ortaya qoyması həm maraqlıdır, həm də gözlənilən idi. Onsuz da Macarıstan indiyə qədər dəfələrlə Avropa İttifaqı çərçivəsində Rusiya əleyhinə sanksiyalara və Ukrayna, Moldova kimi ölkələrin Avropa inteqrasiyasına qarşı veto hüququndan istifadə edib”.

 

Siyasi şərhçi eyni zamanda açıqlamasında bildirib ki, Macarıstan öz milli maraqlarını qorumaqla yanaşı, NATO və Avropa İttifaqının ümumi prinsiplərindən də tam kənara çıxmaq niyyətində deyil:

 

“Orban demək istəyir ki, biz Rusiya ilə iqtisadi əlaqələri davam etdirsək də, əgər ölkəmizə və ya NATO müttəfiqlərimizə hər hansı hücum baş verərsə, biz də vahid mövqedən çıxış etməyə hazırıq. Bu, həm Avropa İttifaqı və NATO-ya hansı ki, uzun müddətdir Macarıstanı tənqid edirlər onlara verilmiş açıq mesajdır, həm də rəsmi Moskva və Putinə ötürülmüş siqnaldır.
Orbanın bu mövqeyi regionun təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Rusiya anlamalıdır ki, bu gün onun tərəfində olan bəzi dövlətlər belə, əgər hava məkanı pozularsa və ya ərazi bütövlüyünə təhdid yaranarsa, sərt addım ata bilər. Yəni, Rusiyanın pilotsuz uçuş aparatları və ya təyyarələrlə Avropa ölkələrinin sərhədlərini pozması, zamanla onun üçün əlavə diplomatik və strateji problemlər yarada bilər. Və düşünürəm ki, bütün tərəflər istər NATO və Aİ ölkələri, istərsə də Rusiya bundan ciddi nəticələr çıxarmalıdır”.

 

Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər