00:00:00
Yazar
Admin User
23.09.2025 16:17 60 1 dəq oxuma
Dünya

“Biz Ermənistan üzərindəki minillik lənəti qırdıq”

“Biz Ermənistan üzərindəki minillik lənəti qırdıq”

Caliber.Az-ın analitik yazısında Ermənistan Baş naziri Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının 7-ci qurultayındakı çıxışı geniş şərh olunur. Paşinyan öz nitqində ölkəsinin həqiqətən müstəqil və suveren dövlətə çevrildiyini, bununla da “minillik lənətin qırıldığını” bəyan edib.

 

Müəllif Samit Əliyev yazır ki, Paşinyan Ermənistanı real dövlət kimi görmək istəyir və bu, yalnız müasir dünyanın siyasi xəritəsində mövcud olan sərhədlərlə mümkündür. O, tarixi iddiaların əsassız olduğunu bildirərək misal kimi Almaniyanın 1940-cı illərdəki sərhədlərini göstərir: həmin sərhədləri dünya qəbul etmədi, nəticədə ölkə ciddi məğlubiyyət yaşadı.

 

Məqalədə həmçinin “lənəti” guya kimlərin qoyduğu sualına satirik tərzdə yanaşılır və vurğulanır ki, Ermənistan ancaq reallığı qəbul etməklə beynəlxalq aləmdə möhkəmlənə bilər.

 

Caliber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər