Biz zülmə qarşı ədaləti müdafiə edəcəyik
Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Echoes Sərgisinin Açılış Mərasimində mühüm açıqlamalar verib. “Zülmə qarşı ədaləti müdafiə edəcəyik”,-deyən Ərdoğan, “Sudanda, Yəməndə, Somalidə və bir çox başqa bölgədə çətin günlər yaşayan bütün məzlumlara, başda yaralarını sağaltmağa çalışan fələstinli qardaş və bacılarımıza öz adımdan, həyat yoldaşım və millətim adından həmrəylik mesajlarımı çatdırıram”,- deyib.
Atatürk Kültür Mərkəzində təşkil olunan “Əks-sədalar: Şule Yüksel Şenler və Malkolm X-in mirası yaşatmaq” adlı sərginin açılışında prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak edib. Şule Yüksel Şenler və Malcolm X-in miraslarını ortaq ədalət, iman və ictimai mübarizə çərçivəsində bir araya gətirən sərgidə Seneqal prezidenti Bassirou Diomaye Fayenin həyat yoldaşı Marie Khone Faye də iştirak edib, İlyasah Şabazz, The Malcolm X & Dr. Betti Shabazz Təhsil Mərkəzinin İdarə Heyətinin Sədri, Meltem Dəmirören, Demirören Holding İdarə Heyətinin sədr müavini və çoxsaylı qonaqlar.
Aydan Əsgərxanlı
CNN Türk