00:00:00
Yazar
Admin User
11.09.2024 18:37 278 1 dəq oxuma
Dünya

Blinken Ukraynanın NATO-ya daxil olmasını qaçılmaz adlandırıb

Blinken Ukraynanın NATO-ya daxil olmasını qaçılmaz adlandırıb

NATO-ya üzv ölkələr Kiyevə açıq şəkildə bildirdilər ki, Ukraynanın alyansa daxil olması qaçılmazdır. 
"İnformator.az" RİA Novosti- ə istinadən xəbər verir ki, bunu Kiyevə rəsmi səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

ABŞ dövlət katibi vurğulayıb ki, Şimali Atlantika Alyansına qoşulmaq üçün Kiyev bir sıra islahatlara getməli olacaq.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, Ukrayna NATO-ya daxil olmağa hazırdır, lakin NATO Ukraynaya hazır deyil.  O, alyans ölkələrini gələcəkdə Kiyevi qəbul etməyə hazır olduqlarını göstərməyə çağırıb.

 

Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər