00:00:00
Yazar
Ayşən Səlimova
15.03.2026 12:31 8 1 dəq oxuma
Dünya

Bloomberg: BƏƏ-dəki Füceyra limanı fəaliyyəti bərpa edib

Bloomberg: BƏƏ-dəki Füceyra limanı fəaliyyəti bərpa edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şərq sahilində yerləşən Füceyra limanında neftin yüklənməsi əməliyyatları, pilotsuz uçuş aparatının hücumu və yanğının səbəb olduğu fasilədən sonra bərpa olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Bilıdirilib ki, Füceyra limanının neft terminalının fəaliyyəti bərpa edilib.

 

Qeyd edək ki, martın 14-də Füceyra limanında pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra yanğın baş verib, bir sıra neft yükləmə əməliyyatları dayandırılıb.

 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ən böyük şəhərlər, o cümlədən Tehran zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə də zərbələr endirilib.

 

 

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər