00:00:00
Yazar
Admin User
18.09.2025 15:57 64 1 dəq oxuma
Dünya

BMT Baş Assambleyasında Fələstin adından Türkiyə çıxış edəcək

BMT Baş Assambleyasında Fələstin adından Türkiyə çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Ankarada İsrailin Fələstin üzərinə hücumlarını və regional məsələləri müzakirə ediblər.

 

Görüş zamanı Prezident Ərdoğan qeyd edib ki, İsrail təkcə Fələstinə deyil, həm də regional sabitliyə təhdid yaradır, Qətərə edilən hücum bunun sübutudur.

 

Türkiyə dövlət başçısı vurğulayıb ki, İsrail hər fürsətdə sülhü pozan mövqeyini nümayiş etdirir. Ərdoğan bildirib ki, BMT Baş Assambleyasında Fələstin adından çıxışı Türkiyə edəcək.

 

“Dünyanın İsraildən gələn təhdidin aradan qaldırılması üçün daha sıx əməkdaşlıq etməsi vacibdir. Fələstində siyasi birliyin yaradılmasına yönələn səylər də bu prosesə töhfə verəcək”, – deyə o əlavə edib. 

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər