BMT Baş Assambleyasının 80-ci sessiyası işə başlayır
BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da işə başlayır. Sessiyanın əsas hadisəsi sentyabrın 23–27 və 29-da keçiriləcək Yüksək Səviyyəli Həftənin Baş Müzakirəsi olacaq. Rusiya adından XİN rəhbəri Sergey Lavrov çıxış edəcək.
Mövzu ilə bağlı politoloq Elman Telmanoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında “Better together”, sülh, inkişaf, insan haqları, UN80 (BMT80 İslahatları) reformları, maliyyə problemləri, SDG-lər (Sustainable Development Goals – Dayanıqlı İnkişaf Məqsədləri), NCD-lər (Non-Communicable Diseases – Qeyri-Yoluxucu Xəstəliklər), gənclər, gender, CTBT (Comprehensive Nuclear-Test-Ban Treaty – Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsi) kimi mövzuların müzakirəsi gözlənilir:
"2025-də xərclərin 30% azalması, proqramların ixtisarı, struktur islahatlarının çətinləşməsi, həyat qurtaran proqramlarda geriləmələr ola bilər.
ABŞ və Çin kimi böyük donorların gecikməsi, maliyyə boşluqları yaradaraq humanitar və inkişaf proqramlarına ciddi təsir göstərə bilər.
Ümumi nəticə etibarilə, maliyyə qaynaqları çatmadıqda proqram performansı düşür, təxirə salınır və ya tam dayandırılır, bu isə sülh, aclıqla mübarizə, təlim və səhiyyə xidmətləri kimi sahələrdə ciddi fəsadlar doğura bilər. Üzv dövlətlər arasında daha çox resurs paylaşımı və alternativ maliyyə modellərinə keçid tələb oluna bilər".
Billurə Quliyeva