00:00:00
Yazar
Admin User
15.08.2025 13:33 109 1 dəq oxuma
Dünya

BMT baş katibi İsraili İordan çayının Qərb sahilinin bölünməsi planını dayandırmağa çağırıb

BMT baş katibi İsraili İordan çayının Qərb sahilinin bölünməsi planını dayandırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş İsrail hakimiyyətini E1 bölgəsində yaşayış məntəqələri salmaq planının həyata keçirilməsini dərhal dayandırmağa çağırıb. Bu plan, işğal altındakı İordan çayının Qərb sahilini iki hissəyə bölmək təhlükəsi yaradır.


“İordan çayının Qərb sahilində, o cümlədən Şərqi Qüdsdəki İsrail yaşayış məntəqələri beynəlxalq hüquq normalarına zidd olaraq yaradılıb və dəstəklənir”, – deyə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda bildirilir.


Baş katib vurğulayıb ki, bu cür addımlar işğalı möhkəmləndirir, gərginliyi artırır və İsrail-Fələstin münaqişəsinin “iki dövlət, iki xalq” prinsipi əsasında həllinə uyğun, yaşamağa qadir fələstin dövlətinin yaradılması imkanlarını zəiflədir.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər