BMT Baş katibi Yerusəlimdə baş vermiş terror aktını pisləyib
BMT Baş katibi Antonio Quterreş bu gün Yerusəlimdə azı 6 nəfərin ölümü və çoxlu insanın yaralanması ilə nəticələnən terror aktını pisləyib.
Bu mövzu ilə əlaqədar olaraq politoloq Əziz Əlibəyli "İnformator.az" a açıqlamasında bildirib ki, bu terror aktı növbəti əməliyyatların səbəbi olacaq:
"İndiki vəziyyətdə birtərəfli qaydada Yerusəlim administrasiyası, yəni Yəhudi dövləti günahkar hesab olunur. Amma proseslər də göstərir ki, indiki vəziyyətdə bu terror aktının nəticələrinin mütləq şəkildə yenə də Fələstindəki qruplaşmaların əleyhinə istifadə edilməlidir. Başlıca burdakı aparıcı tezis də ondan ibarətdir ki, BMT daxil ABŞ höküməti böyük ölçüdə təkcə qətnamə qəbul etmək istəmir, bəyənatları ilə də kifayətlənməyəcəklər. Bu terror aktı növbəti hərbi əməliyyatların səbəbi olacaq.Bu qurumun indiki dişsiz fəaliyyəti onun imkanlarını məhdudlaşdırır, ona görə də BMT hansısa prosesə təsir göstərəcək, ya qarşısını alacaq, ya format yaradacaq, deyə fikir mövcud deyil".
Arzu Poladova