00:00:00
Yazar
Admin User
19.08.2025 10:26 88 1 dəq oxuma
Dünya

BMT: Bu il 190-dan çox yardım işçisi öldürülüb

BMT: Bu il 190-dan çox yardım işçisi öldürülüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Poup bildirib ki, bu il 190-dan çox humanitar yardım işçisi həyatını itirib.

 

Poup, 19 avqust – Dünya Humanitar Yardım Günü münasibətilə “X” sosial media platformasında paylaşım edib.

 

O, bu il 190-dan çox humanitar yardım işçisinin öldürüldüyünü vurğulayaraq, “Karvanlara hücumlar edilib. Klinikalar bombalanıb. Təhlükəsiz keçid icazəsi verilməyib” deyib.

 

Humanitar yardım işçilərinin tərəfsiz olduğunu və həyat xilas etdiyini qeyd edən Poup, “Buna baxmayaraq, çox vaxt onlar qorunmasız buraxılırlar. Dünya Humanitar Yardım Günündə onların yanında olmalıyıq. Onların təhlükəsizliyi müzakirə mövzusu ola bilməz” fikirlərini səsləndirib.

 

TRT HABER

Solmaz Muradova 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər