00:00:00
Yazar
Admin User
06.11.2025 17:17 114 2 dəq oxuma
Siyasət

BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb

BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb

Azərbaycan Respublikasının Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağan edir və bütün şəxslərin bərabər hüquq və azadlıqlarını təmin edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlmasında politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan son illərdə beynəlxalq məkanda öz nüfuzunu ciddi şəkildə yüksəldib. İndi Azərbaycanın imici qlobal qlobal proseslərdə təsiredici faktor kimi rol oynayır:

 

“Xüsusilə də müasir dünyanın daha ədalətli vəziyyətə gətirilməsi üçün Azərbaycanın atdığı addımlar, irəli sürdüyü ideyalar beynəlxalq məkanda kifayət qədər ciddi qəbul olunur. Bu baxımdan Azərbaycan qlobal məkanın həm avanqard, həm də örnək dövlətlərindən biridir. Azərbaycanın BMT də dəfələrlə müxtəlif qlobal problemlərlə bağlı ədalətli və beynəlxalq hüquq normalarına uyğun mövqeyi daim digər dövlətlər tərəfindən diqqət mərkəzində saxlanılıb. İndiyə qədər dəfələrlə müxtəlif mövzularda Azərbaycan beynəlxalq hüquq normalarının müdafiəsi çərçivəsində təkliflər irəli sürüb və bu təkliflər də BMT çərçivəsində çoxluq tərəfindən qəbul olunub. İndi Azərbaycanın qlobal ayrı seçkilik məsələsinə də münasibəti böyük maraq doğurur və ən böyük Azərbaycanın örnək göstərə biləcəyi faktor Azərbaycanın öz konstitusiyasıdır. Çünki Azərbaycanın Konstitusiyasında nə milli, nə dini, nə də etnik və yaxud da siyasi xarakterli cinsi xarakterli ayrı seçkiliklər mövcud deyil. İnsanlar Azərbaycanın vətəndaşları Azərbaycanın Konstitusiyası qarşısında cinsindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq tam bərabər hüquqlara, eyni hüquqlara malikdirlər. Bu baxımdan Azərbaycan təbii ki, örnək dövləti qlobal məkanda örnək dövlətdir və bu örnəyin də BMT səviyyəsində təqdim olunması Azərbaycanın beynəlxalq imici baxımından da böyük önəm elə olur “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər