BMT İsrailin Qəzzada soyqırım törətdiyini açıqlayıb
Birləşmiş Millətlər Təşkilatının araşdırma komissiyası İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırım törətdiyini bildirib.
Yeni hesabatda deyilir ki, beynəlxalq hüquqla müəyyən edilmiş 5 soyqırım aktından dördünün 2023-cü ildə HƏMAS-la müharibə başlayandan bəri həyata keçirildiyi qənaətinə gəlmək üçün ağlabatan əsaslar var: qrup üzvlərini öldürmək, onlara ağır bədən və ruhi xəsarət yetirmək, qruplaşmanı məhv etmək üçün hesablanan şəraiti qəsdən yaratmaq və doğumların qarşısını almaq.
O, soyqırım niyyətinin sübutu kimi İsrail liderlərinin bəyanatlarını və İsrail qüvvələrinin davranış modelini göstərir.
İsrailin Xarici İşlər Nazirliyi hesabatı "təhrif edilmiş və yalan" adlandıraraq, qəti şəkildə rədd etdiyini bildirib.
O, komissiyadakı üç eksperti “HƏMAS-ın müvəkkilləri” kimi xidmət etməkdə və “bütünlüklə HƏMAS-ın başqaları tərəfindən yuyulmuş və təkrarlanan yalanlarına” etibar etməkdə günahlandırıb.
BBC
Gülcan Salahova