00:00:00
Yazar
Admin User
13.11.2025 18:56 140 1 dəq oxuma
Dünya

BMT məscidə hücumunu kəskin şəkildə pisləyib

BMT məscidə hücumunu kəskin şəkildə pisləyib

BMT israillilərin İordan çayının qərb sahilində məscidə hücumunu kəskin şəkildə pisləyib.

 

BMT-nin baş katibi Antonio Quterreşin Fələstin torpaqlarını zəbt edən israillilərin işğal altındakı İordan çayının qərb sahilində məscidə hücumunu şiddətlə qınadığı bildirilir.

 

BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında çıxış edib.

 

Düjarrik, Fələstin torpaqlarını qəsb edən israillilərin işğal altındakı İordan çayının qərb sahilində məscidə hücumundan "dərin narahat olduğunu" bildirib. O, "Baş katib İsrailli mühacirlər tərəfindən işğal olunmuş İordan çayının qərb sahilindəki məscidə hücumu şiddətlə qınayır",- deyib.

 

Düjarrik bu cür zorakılıqların və dini məkanların təhqir olunmasının yolverilməz olduğunu vurğulayaraq, dini saytlara hər zaman hörmət edilməli və qorunmalı olduğunu vurğulayıb.

 

Baş katibin Fələstin torpaqlarını işğal altında olan İordan çayının qərb sahilində fələstinlilərə və mülklərinə qarşı qəsb edən israillilərin bütün hücumlarını pislədiyini də ifadə edən Dujarrik, "Bu cür hadisələr gərginliyi artıran, artan ekstremist zorakılıq modelinin bir hissəsidir və dərhal dayandırılmalıdır".

 

Aydan Əsgərxanlı

TRT Haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər