BMT-nin nümayəndəsi Haq Fransanı gərginliyin azaldılmasına çağırıb
Fransanın Ukraynaya qoşun yeritməsi ilə bağlı iddialar fonunda BMT Ukraynada gərginliyi azaltmağa çağırıb. TASS xəbər verib ki, bunu BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
Brifinq zamanı Haq, Fransa kontingentinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatları şərh edib. O bildirib ki, Fransa rəhbərliyinin planları ilə bağlı yayılan xəbərləri təsdiq və ya təkzib edəcək hələ ki, məlumatı yoxdur.
“Mənim bununla bağlı konkret şərhim yoxdur. Lakin biz bütün ölkələri vəziyyətin gərginliyini azaltmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, - deyə BMT sözçüsü bildirib. O, həmçinin xəbərlərlə bağlı ətraflı şərh verməkdən imtina edib.
Daha əvvəl RİA Novosti yüksək səviyyəli avropalı mənbəyə istinadən Aİ liderlərinin Fransa prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatlarını müzakirə etmək planları barədə məlumat yayıb. Onun sözlərinə görə, Avropa İttifaqının bu məsələyə qırmızı xətt çəkməsinə ehtiyac yoxdur.
Banuçiçək Kalbalıyeva
Mənbə: lenta.ru
