BMT Qəzza şəhərində "kataklizm" vəziyyətinin olduğunu söyləyib
İsrail tankları və qoşunları qurudan hücumun üçüncü günündə irəliləməyə davam etdiyi bir vaxtda BMT rəsmisi BBC-yə bildirib ki, Qəzza şəhərində vəziyyət "kataklizmdən başqa bir şey deyil".
BMT-nin humanitar ofisinin sözçüsü Olqa Cherevko deyib ki, o, şəhərə son səfəri zamanı cənuba doğru gedən fələstinlilərin davamlı axını görüb, lakin yüz minlərlə fələstinli orada qalıb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq etdi ki, həddindən artıq yüklənmiş xəstəxanalar dağılmaq ərəfəsindədir, çünki onun həyati xilasedici ləvazimatların çatdırılmasına mane olur.
İsrail ordusu bildirib ki, onun qüvvələri Qəzza şəhərində "terror infrastrukturunu dağıdıb terrorçuları məhv edir".
BBC News
Cavahir Əsgərbəyli