BMT Qəzzada tam aclıq vəziyyəti elan edib
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada ilk dəfə aclıq yaşandığını rəsmən elan edib və bu statusu “bütün dünya üçün bir utanc” adlandırıb.
BMT-nin Baş katibi Antoniu Quterreş Qəzzada təcili atəşkəsin təmin olunmasının və humanitar yardımların bölgəyə təhlükəsiz şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.
Quterreş həmçinin İsrailin Qəzza əhalisinə ərzaq və tibbi ləvazimatların tədarükünü təmin etməli olduğunu bildirib.
BMT-nin hesabatına görə, Qəzzada 12 mindən çox uşağın qidalanma çatışmazlığı problemi yaşadığı təsdiqlənib. Qidalanma çatışmazlığı səbəbindən həyatını itirənlərin sayının 200-ü keçdiyi, təxminən 1 500 hamilə və süd verən qadının isə əlavə qidalanmaya təcili ehtiyac duyduğu qeyd olunub.
BMT vurğulayıb ki, İsrailin sistemli maneələri olmasaydı bu aclığın qarşısı alınardı və humanitar yardım fəaliyyətlərinin maneəsiz şəkildə davam etdirilməsi üçün sürətli addımlar atmağa çağırıb.
TRT HABER
Solmaz Muradova