BMT ətrafında Fələstin məsələsi və beynəlxalq danışıqlar davam edir
BMT Baş Assambleyası ərəfəsində Nyu-Yorkda dünya liderlərinin iştirakı ilə təhlükəsizlik danışıqları davam edir.
Fransa, Fələstin dövlətini tanımaq üçün Böyük Britaniya, Kanada və Avstraliyaya qoşulmağa hazırlaşır. Eyni addımı digər Avropa ölkələrinin də ata biləcəyi gözlənilir, lakin Almaniya, İtaliya və ABŞ bunu etməyəcəklərini açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu tanınmanın “terrorçuluğa mükafat verəcəyini” bildirib və Fələstin dövlətinin yaradılmayacağını vurğulayıb. Böyük Britaniya isə İsraili, Fələstin dövlətçiliyinin tanınmasına cavab olaraq İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq etməməsi ilə bağlı xəbərdar edib.
Qəzzada isə HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi İsrailin hücumları nəticəsində son gündə 61 nəfərin həyatını itirdiyini açıqlayıb. 2023-cü ilin oktyabrından başlayan İsrailin Qəzzaya hərbi kampaniyasında isə təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb.
BBC
Türkan Kərimli